Təhsil 365 - Logo Mobile

İlahiyyatçı: “Falçılıq cəhalətin məhsuludur, din və təhsil insanı həqiqətə yönəldir”

10412.09.2025 - 13:05
İlahiyyatçı: “Falçılıq cəhalətin məhsuludur, din və təhsil insanı həqiqətə yönəldir”

Cəmiyyətdə falçılıq və müxtəlif ritual inanclara meylin artması mütəxəssislər tərəfindən ciddi problem kimi qiymətləndirilir. İlahiyyatçılar hesab edir ki, bu tendensiyanın qarşısını almaqda əsas rol dini maarifləndirmə və təhsilə məxsusdur.

İlahiyyatçı Ağa Hacıbəyli “Tehsil365”ə verdiyi açıqlamada deyir: cəmiyyətdə falçılıq və müxtəlif ritual inanc tendensiyalarının artmasının səbəblərinə toxunaraq bildirib ki, bu, insanların problemlərini yanlış ünvanlarda həll etməyə çalışmasından irəli gəlir.

Onun sözlərinə görə, tarix boyu elm və cəhalət daim mübarizə aparıb:
“21-ci əsrdə, atom əsrində belə insanlar hələ də falçıların, münnəcimlərin qapısını döyürlər. Bu isə onları böyük bir tələyə salır. Çünki bəzi qruplar cəmiyyətdə bu sahəni reklam və təbliğ edərək alternativ din şüurunu formalaşdırmağa çalışırlar”.

Ağa Hacıbəyli qeyd edib ki, İslam dini elm və irfan üzərində qurulmuş mədəniyyət dinidir:
“Qurani-Kərim bildirir ki, qeyb yalnız Allaha məxsusdur. İnsan nə qədər elmli və bacarıqlı olsa da, gələcəyi tam şəkildə bilə bilməz. Allah insana yalnız çalışmasına, saleh əməl və niyyətinə görə nəsib yazır”.

İlahiyyatçıya görə, falçıların fəaliyyətini gücləndirən əsas amil cəhalət və məlumat çatışmazlığıdır:
“Onların təbliğatına inanan insanlar qeybdən xəbər aldıqlarına inanır, amma bu, əslində böyük bir bataqlıqdır. Cəhalət insanı falçıların bazarına çəkir, din və təhsil isə onu bu bataqlıqdan xilas edərək həqiqətə yönəldir”.

Elnarə İslamova

Новостная лента

На данный момент новостей в ленте нет...