Təhsil 365 - Logo Mobile

Falçılığa inanmaq cəmiyyətdə təhlükəli tendensiyaya çevrilir

17712.09.2025 - 13:51
Falçılığa inanmaq cəmiyyətdə təhlükəli tendensiyaya çevrilir

Cəmiyyətdə falçılıq və rituallara inamın artması, insanların dini biliklərinin zəif olması və imanın sarsılması ilə əlaqələndirilir. Bu tendensiya, insanların falçıların yanına üz tutaraq həqiqi yardımı Allaha deyil, saxta vasitələrə arxalanmalarına səbəb olur.

İlahiyyatçı Yaşar Qurbanov “Tehsil365”ə verdiyi açıqlamada bildirir ki, cəmiyyətdə falçılıq və müxtəlif rituallara inamın artmasını iman zəifliyi və dini biliklərin çatışmazlığı ilə əlaqələndirir. Onun sözlərinə görə, insanlar dua edib Allaha üz tutmaq əvəzinə falçıların yanına üz tuturlar ki, bu da onları daha çox bədbəxtliyə sürükləyir:

“Peyğəmbərimiz (s.a.s) buyurub ki, kim bir falçının yanına gedərsə, onun dediyini təsdiqləyərsə, artıq Quranı-Kərimi inkar etmiş sayılır. Bu isə küfr əməlidir. Hətta yalnız falçının yanına getmək belə insanın 40 gün namazının qəbul olmamasına səbəb olur,” – deyə ilahiyyatçı vurğulayıb.

Yaşar Qurbanov bildirib ki, bəzi şəxslər insanları aldadaraq “Quranla baxmaq” adı altında falçılıqla məşğul olurlar. Onun fikrincə, bu, müqəddəs kitabdan sui-istifadədir və dinlə heç bir əlaqəsi yoxdur.

İlahiyyatçı həmçinin qeyd edib ki, falçılara inanan insanların əksəriyyəti daha da çətin vəziyyətə düşür: “Falçıların yanına gedənlərin 99 faizi daha da bədbəxt olur. Çünki falçılar kömək etmir, əksinə insanları aldadır. Onlar şeytanlara xidmət edir və onların yanına gedənlər də şeytanın köləsinə çevrilirlər”.

O, falçılıqla mübarizədə dini təhsilin və maarifləndirmənin rolunun xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Onun sözlərinə görə, insanlar dini biliklərə yiyələnsələr, belə saxtakarlara aldanmaz və xilas yolunu yalnız Allaha yönəlməkdə axtararlar.

Elnarə İslamova

Новостная лента

На данный момент новостей в ленте нет...