Təhsil 365 - Logo Mobile

Cəmiyyətdə falçılıq və rituallara inamın sosial səbəbləri

10512.09.2025 - 14:31
Cəmiyyətdə falçılıq və rituallara inamın sosial səbəbləri

Cəmiyyətdə falçılıq və rituallara inam artmaqda davam edir və bu, insanların davranış və münasibətlərinə təsir göstərir. Sosioloq Mail Yaqub bildirir ki, bu tendensiyanın qarşısını almaq üçün insanları təlimatlandırmaq və onların intellektual, mənəvi səviyyəsini yüksəltmək vacibdir.

Sosioloq Mail Yaqub “Tehsil365”ə verdiyi açıqlamasında deyir ki, falçılıq yalnız Azərbaycanda deyil, Avropada da geniş yayılıb və insanların dövr nə qədər müasirləşsə də, falçılara inam azalmır. Onun sözlərinə görə, insanlar gələcək barədə qarışıq və çətin suallara – “Gələcəyim necə olacaq?”, “Bu işin nəticəsi nə olacaq?”, “Ailə quranda nə baş verəcək?” – sadə və aydın cavab tapmaq istəyirlər. Falçılar isə bu ehtiyacdan istifadə edərək konkret cavablar verir və insanların aldanmasına səbəb olurlar.

Mail Yaqub vurğulayır ki, bu tendensiyanın qarşısını almaq üçün insanların həm mənəvi, həm də intellektual səviyyəsini yüksəltmək vacibdir. Təhsil bu prosesdə əsas rol oynayır: yüksək səviyyəli təhsil insanlara düzgün məlumat verir, düşüncələrini formalaşdırır və onların falçılara aldanmasının qarşısını alır. Yüksək mənəviyyata sahib insanlar Allaha inanır, işlərini Allaha tapşırır və falçılara yox, Allaha arxalanırlar.

Sosioloq əminliklə qeyd edir ki, mənəviyyat və intellekt yüksək olan cəmiyyətlərdə falçılığa inam azalacaq və insanlar həyatlarını daha doğru və məsuliyyətli qərarlar əsasında qura biləcəklər.

Elnarə İslamova

Новостная лента

На данный момент новостей в ленте нет...