Hindistanlı tələbələrin xaricdə təhsil seçimlərində Almaniya ABŞ-ı geridə qoyaraq daha cəlbedici ölkəyə çevrilib.
“Tehsil365” xəbər verir ki, upGrad-ın Transnational Education Report 2024-25 hesabatında qeyd olunur ki, tələbələrin seçimində əsas səbəblər arasında təhsil xərclərinin nisbətən əlçatan olması, akademik standartların yüksəkliyi və immiqrasiya siyasətinin əlverişliliyi dayanır.
Mütəxəssislər bildirirlər ki, Almaniyanın ali təhsil müəssisələrinin beynəlxalq reytinqlərdə mövqeyinin güclənməsi də bu meyli daha da artırır.

