Yeni tədris ilindən etibarən Qarabağ Universitetində 2 mindən çox tələbə təhsil alacaq. Bu barədə elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirilən brifinqdə məlumat verib.
“Tehsil365” xəbər verir ki, nazir bildirib ki, Qarabağ Universitetində ilk dəfə olaraq tibb ixtisası üzrə 70 nəfər, tibb bacısı (qardaşı) ixtisası üzrə isə 30 nəfər tələbə adını qazanıb.
Qeyd edək ki, Qarabağ Universiteti regionun təhsil infrastrukturunun inkişafı baxımından mühüm əhəmiyyət daşıyır və burada müxtəlif ixtisaslar üzrə kadr hazırlığı həyata keçiriləcək.

