Təhsil 365 - Logo Mobile

Şagirdlərin olimpiada və müsabiqələrdə iştirakı artıb

10312.09.2025 - 17:31
Şagirdlərin olimpiada və müsabiqələrdə iştirakı artıb

“Şagirdlərimiz beynəlxalq olimpiadalarda 50 medal qazanıblar. Lakin ən böyük qələbəmiz medallar yox, daha çox uşağın bu prosesə qoşulması və öz istedadını üzə çıxarmasıdır”.

“Tehsil365” xəbər verir ki, bu fikirləri sentyabrın 12-də “2025–2026-cı tədris ili: yeniliklər və hədəflər” mövzusunda keçirilən tədbirdə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov səsləndirib.

Agentlik direktoru bildirib ki, son illərdə olimpiada və müxtəlif səviyyəli müsabiqələrdə iştirak edən şagirdlərin sayı əhəmiyyətli dərəcədə artıb. Bu isə təhsil sistemində istedadlı şagirdlərin aşkara çıxarılması və inkişaf etdirilməsi istiqamətində atılan addımların nəticəsidir.

Qeyd edək ki, tədbirdə yeni tədris ilində tətbiq olunacaq yeniliklər və qarşıya qoyulan hədəflər müzakirə olunub.

İlhamə Nurəhmədova

Новостная лента

На данный момент новостей в ленте нет...