Avtomobillər həyatımızın ayrılmaz hissəsinə çevrilib və onların inkişaf tarixi çox maraqlıdır. İlk avtomobillər bu günkü kimi benzinlə işləmirdi və çox fərqli texnologiyalar üzərində qurulmuşdu.
"Tehsil365" xəbər verir ki, dünyada ilk elektriklə işləyən avtomobil 1828-ci ildə macar mühəndis Ányos Jedlik tərəfindən hazırlanıb. Bu, elektrik avtomobillərinin tarixi düşündüyümüzdən daha qədim olduğunu göstərir.
Elektrik avtomobilləri zamanla inkişaf edərək sürət, uzaqlıq və enerji səmərəliliyi baxımından benzinli avtomobillərlə rəqabət edə biləcək səviyyəyə çatıb. Onların ekoloji faydaları da gündən-günə artmaqdadır.