Təhsil 365 - Logo Mobile

Xroniki yuxusuzluq demans riskini 40 % artırır

26713.09.2025 - 07:44
Xroniki yuxusuzluq demans riskini 40 % artırır

Yeni araşdırmaya görə, davamlı yuxusuzluq yaşlı insanlarda yaddaş zəifləməsi və demans riskini əhəmiyyətli dərəcədə artırır.Təxminən 2,750 nəfər üzərində aparılan tədqiqatda, xroniki yuxusuzluqdan əziyyət çəkənlərdə beyin qocalmasının daha sürətli getdiyi və yaddaş problemlərinin 40% çox olduğu müəyyən edilib.

“Tehsil365” xəbər verir ki, bu barədə xarici media məlumat verib.

Elm adamları bildirir ki, həftədə ən azı üç dəfə, üç ay ərzində yuxu problemi yaşayan insanlarda demans və yüngül idrak pozğunluğu ehtimalı yuxu problemi olmayanlara nisbətən daha yüksəkdir. Həmçinin, beyin görüntüləmələrində yuxusuzluq yaşayanlarda daha çox degenerativ dəyişikliklər aşkar edilib.

Mütəxəssislər yuxu keyfiyyətinin beyin sağlamlığı üçün vacib olduğunu vurğulayır və vaxtında müalicənin gələcəkdə idrak pozuntularının qarşısını ala biləcəyini qeyd edirlər.

Nigar Rəhimova

Новостная лента

На данный момент новостей в ленте нет...