Təhsil 365 - Logo Mobile

Film layihələri müsabiqəsi üzrə növbəti pitçinq mərhələsi keçirilib

10413.09.2025 - 10:00
Film layihələri müsabiqəsi üzrə növbəti pitçinq mərhələsi keçirilib

Sentyabrın 12-də Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyi tərəfindən 2025-ci il üzrə “Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri müsabiqəsi”nin pitçinq mərhələsinin ikinci sessiyası keçirilib.

Abșeron-Xızı regional mədəniyyət idarəsindən “Tehsil365”ə məlumat verilib ki, tədbirdə ümumilikdə 8 qısametrajlı bədii film layihəsi – “İlbiz”, “Yun çubuğu”, “İşıq”, “Rüzgarın melodiyası” və “Zamanın səssizliyi”, “Həyatdan kənar”, “Ağacdələn”, “Divarın o üzü” Ekspert şurası və Seçim komissiyasına təqdim olunub.

Müsabiqənin yekun nəticələri barədə yaxın zamanda ictimaiyyətə məlumat veriləcək.

Türkan Kərimli

Новостная лента

На данный момент новостей в ленте нет...