Qarışqalar dünyanın ən kiçik canlılarından sayılsa da, onların sayı trilyonlarla ölçülür. Bütün qarışqaların ümumi çəkisi bir yerə toplansa, insanlığın ümumi çəkisinə bərabər ola bilər. Bu fakt alimləri belə heyrətləndirir.
"Tehsil365" xəbər verir ki, qarışqalar Yer kürəsindəki ekosistemin mühüm hissəsini təşkil edir. Onlar torpağın havalanmasına, bitkilərin inkişafına və digər canlıların həyat dövranına təsir göstərirlər.
Qarışqaların bu qədər çox olması onların təbiətdəki rolunu daha da artırır. Kiçik bədənlərinə baxmayaraq, planetin balansını qorumaqda böyük pay sahibidirlər.