Təhsil 365 - Logo Mobile

Balinaların səsi yüzlərlə kilometr uzağa gedə bilir

10614.09.2025 - 04:15
Balinaların səsi yüzlərlə kilometr uzağa gedə bilir

Balinalar okeanın ən möhtəşəm canlılarından hesab olunur. Onların mahnıları yalnız gözəlliyi ilə deyil, həm də yayılma məsafəsi ilə diqqət çəkir. Suyun altında səs çox uzaqlara gedə bilir.

"Tehsil365" xəbər verir ki, balinaların çıxardıqları səslər 800 kilometrədək məsafəyə çatır. Bu isə onların bir-biriləri ilə çox uzun məsafələrdən belə əlaqə saxlamasına imkan yaradır.

Alimlər bu prosesi okean mühitində səs dalğalarının yayılma xüsusiyyəti ilə əlaqələndirirlər. Bu fakt balinaların nə qədər möhtəşəm canlı olduğunu bir daha göstərir.

Xədicə Abbasova

Новостная лента

На данный момент новостей в ленте нет...