Yuxu sağlamlığın ən vacib şərtlərindən biridir. Alimlərin araşdırmalarına görə, yaxşı yuxu yaddaşın güclənməsində və öyrənmə prosesində mühüm rol oynayır.
"Tehsil365" xəbər verir ki, yuxusuz qalmaq dərslərdə diqqəti zəiflədir və öyrənilən biliklərin yadda qalmasına mane olur. Gecə yuxusu isə beynin gün ərzində öyrəndiklərini möhkəmləndirməsinə imkan yaradır.
Buna görə də təhsil alanlar üçün düzgün yuxu rejimi oxumaq qədər əhəmiyyət daşıyır. Sağlam yuxu həm yaddaşı gücləndirir, həm də öyrənmə prosesini daha səmərəli edir.