Təhsil 365 - Logo Mobile

GDU-nun müəllim və tələbələri milli proqram çərçivəsində keçirilən təlimlərdə iştirak ediblər

23514.09.2025 - 09:00
GDU-nun müəllim və tələbələri milli proqram çərçivəsində keçirilən təlimlərdə iştirak ediblər

Gəncə Dövlət Universitetinin 167 müəllimi və 60 tələbəsi Milli Proqram çərçivəsində təşkil edilən təlimlərdə iştirak edib.

Gəncə Dövlət Universitetindən “Tehsil365”ə məlumat verilib ki, nəticədə müəllimlər ümumilikdə 461, tələbələr isə 87 sertifikat əldə ediblər.

Təlimlər İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondunun əməkdaşlığı ilə həyata keçirilib.

GDU-nun professor-müəllim heyəti və tələbələri dünyanın ən böyük onlayn tədris platforması olan “Coursera”da 6 həftəlik təlimlərdən yararlanıblar. Tədris prosesində Oksford, Stenford, Yel, Dyuk, London, Edinburq, Mançestr, Miçiqan, Con Hopkins, İllinoys, Florida, Sidney kimi nüfuzlu universitetlərin, həmçinin “Microsoft”, “Google”, “Meta”, IBM, AWS, “Oracle”, “Gitlab”, “Intel”, SAP, “Salesforce” kimi aparıcı texnologiya şirkətlərinin kursları təqdim olunub.

Proqramın məqsədi ölkədə rəqəmsal iqtisadiyyata keçidi sürətləndirmək, dördüncü sənaye inqilabı texnologiyaları sahəsində bilik və bacarıqları inkişaf etdirmək, əmək bazarında bu istiqamətdə ixtisaslı kadrların hazırlanmasına dəstək göstərməkdir.

“Coursera” platformasında süni intellekt, maşın öyrənməsi, data analitika, blokçeyn, bulud texnologiyaları, proqramlaşdırma dilləri, liderlik, şəxsi inkişaf və kommunikasiya kimi sahələr üzrə ümumilikdə 8 minə yaxın kurs və proqramlar Milli Proqram iştirakçılarının istifadəsinə verilib.

Türkan Kərimli

Новостная лента

На данный момент новостей в ленте нет...