Mingəçevir Dövlət Universitetində Bilik Günü münasibətilə tədbir təşkil olunacaq.
Mingəçevir Dövlət Universitetindən “Tehsil365”ə məlumat verilib ki, sentyabrın 15-də keçiriləcək tədbir universitetin əsas tədris binasında baş tutacaq.
Tədbirdə universitet rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak edəcək. Yeni tədris ilinin başlanması ilə bağlı təbriklər səsləndiriləcək.
Qeyd edək ki, tədbir saat 11:00-da başlayacaq.