Təhsil 365 - Logo Mobile

Yuxu çatışmazlığının tələbələrin yaddaşına mənfi təsiri

9214.09.2025 - 15:22
Yuxu çatışmazlığının tələbələrin yaddaşına mənfi təsiri

Son dövrlər universitet tələbələri arasında yuxu rejiminin pozulması halları artır. Gecələr yetərincə yatmayan tələbələr dərs zamanı diqqətini cəmləməkdə çətinlik çəkir və yaddaşlarında qısa müddətli itkilər müşahidə olunur.

“Tehsil365” xəbər verir ki, aparılan araşdırmalar göstərir ki, gündə 6 saatdan az yuxu alan tələbələr uzunmüddətli yaddaş formalaşdırmaqda çətinlik çəkir və təkrar dərslərdən maksimum fayda ala bilmir. Bu isə akademik nəticələrə birbaşa təsir edir və imtahanlarda uğursuzluq riskini artırır.

Psixoloqlar və nevroloqlar valideynlər və müəllimlərə tövsiyə edirlər ki, tələbələri sağlam yuxu rejiminə yönəltsinlər və gecə saatlarında dərs hazırlığı ilə bağlı məhdudiyyətlər tətbiq etsinlər. Bununla yanaşı, gündəlik qısa fasilələrdə dincəlmək və yüngül fiziki məşqlər yaddaşı möhkəmləndirməkdə yardımçı ola bilər.

Zülfiyyə Məmmədova

Новостная лента

На данный момент новостей в ленте нет...