Təhsil 365 - Logo Mobile

Peşə təhsili müəssisələrini bitirənlərin sayı

7414.09.2025 - 16:42
Peşə təhsili müəssisələrini bitirənlərin sayı

Dövlət Statistika Komitəsinin məlumatına görə, 1990-cı ildən 2024-cü ilə qədər peşə təhsili müəssisələrini bitirənlərin sayı ilə bağlı göstəricilər açıqlanıb.

“Tehsil365” xəbər verir ki, 1990-cı ildə bu müəssisələri 54 min 681 nəfər bitirdiyi halda, illər keçdikcə göstəricilərdə eniş müşahidə olunub. Belə ki, 2000-ci ildə məzunların sayı 12 min 52 nəfər, 2010-cu ildə isə 13 min 11 nəfər təşkil edib.

Sonrakı illərdə artım tendensiyası qeydə alınıb. 2013-cü ildə peşə təhsili müəssisələrini 16 min 708 nəfər bitirib. 2023-cü ildə isə bu rəqəm 14 min 657 nəfərə bərabər olub.

Rəsmi məlumata əsasən, 2024-cü ildə peşə təhsili müəssisələrini bitirənlərin sayı 14 min 764 nəfər təşkil edib. Onlardan 9014 nəfəri tam orta təhsil bazasında, 5750 nəfəri isə ümumi orta təhsil bazasında fəaliyyət göstərən şöbələrin məzunlarıdır.

Qeyd edək ki, 2021-ci ildən etibarən metodologiyada edilən dəyişikliklərə əsasən, qısamüddətli kursları bitirərək sertifikat alan müdavimlər də ayrıca uçota daxil edilir. 2024-cü ildə belə müdavimlərin sayı 9551 nəfər olub.

İlhamə Nurəhmədova

Новостная лента

На данный момент новостей в ленте нет...