Təhsil 365 - Logo Mobile

Dünyanın ən ağıllı meymunlarından biri – Kanzi

10815.09.2025 - 04:30
Dünyanın ən ağıllı meymunlarından biri – Kanzi

35 yaşlı bonobo meymunu Kanzi, dünyada elm adamlarını heyrətləndirən nadir qabiliyyətlərə sahibdir. O, yalnız meymun deyil, sanki insan vərdişlərinə uyğunlaşmış bir “kiçik dost”dur.

“Tehsil365” xəbər verir ki, Kanzi tonqal yandırmağı bacarır, yeməyini bişirir, sonra isə sakitcə yeyir. Bununla kifayətlənməyib, yeməkdən sonra ətrafı təmizləyir – bu, heyvanlar aləmində çox nadir rast gəlinən davranışdır.

Daha da maraqlısı, Kanzi ingilis dilində 3 mindən çox sözü başa düşür. O, insanlarla xüsusi lövhə üzərində işarələr vasitəsilə ünsiyyət qurur və istəklərini ifadə edə bilir.

Elm adamları Kanziyə “dil və mədəniyyət öyrənən meymun” kimi yanaşır və onun bacarıqlarını insanla primat arasındakı əlaqənin canlı nümunəsi hesab edirlər.

Kanzi sübut edir ki, heyvanların düşüncə və ünsiyyət potensialı hələ də tam kəşf edilməyib.

Fatimə Quliyeva

Новостная лента

На данный момент новостей в ленте нет...