Təhsil 365 - Logo Mobile

Xoruzların maraqlı sirri – öz banlamalarını eşitmirlər

10615.09.2025 - 04:40
Xoruzların maraqlı sirri – öz banlamalarını eşitmirlər

Elm adamları maraqlı bir faktı üzə çıxarıb: xoruzlar banlamağa başladığı an onların qulaqları avtomatik olaraq bağlanır. Bu mexanizm sayəsində onlar öz gur səslərindən qorunur və qulaq zədəsi almırlar. Banlama bitən kimi qulaqlar yenidən açılır.

“Tehsil365”in məlumatına görə, bu səbəbdən xoruzlar banlayarkən hətta öz səslərini də eşitmir. Təbiətin bu “səs qoruyucu mexanizmi” xoruzların gündə dəfələrlə yüksək səslə banlamasına imkan yaradır.

Beləliklə, xoruzlar yalnız başqalarını oyandırır, amma özlərini heç vaxt səs-küylə narahat etmirlər.

Fatimə Quliyeva

Новостная лента

На данный момент новостей в ленте нет...