Təhsil 365 - Logo Mobile

Dubayda taksi yerinə helikopter çağırmaq mümkündür

11415.09.2025 - 04:50
Dubayda taksi yerinə helikopter çağırmaq mümkündür

Dünyanın ən zəngin və lüks şəhərlərindən biri olan Dubay yenidən qeyri-adi xidmətlə gündəmə gəlib. Artıq Uber tətbiqi vasitəsilə ənənəvi taksi əvəzinə helikopter sifariş etmək mümkündür.

“Tehsil365” xəbər verir ki, sərnişinlər qısa müddətdə şəhərin istənilən nöqtəsinə göydən baxaraq çatmaq imkanı qazanırlar. Bu xidmət həm vaxtına qənaət etmək istəyən iş adamları, həm də unudulmaz təcrübə axtaran turistlər üçün nəzərdə tutulub.

Dubay hökuməti və xüsusi aviasiya şirkətləri ilə əməkdaşlıq çərçivəsində reallaşdırılan layihə şəhərin innovativ və dəbdəbəli imicinə uyğun olaraq təqdim edilir. Helikopter taksi xidməti ilə həm sıx nəqliyyat problemi aradan qalxır, həm də səyahət daha fərqli təcrübəyə çevrilir.

Beləliklə, Dubay bir daha texnologiya və dəbdəbənin qovuşduğu unikal məkan olduğunu sübut edir.

Fatimə Quliyeva

Новостная лента

На данный момент новостей в ленте нет...