Təhsil 365 - Logo Mobile

Dünyanın ilk televizor qol saatı – Seiko TV Watch

11215.09.2025 - 05:00
Dünyanın ilk televizor qol saatı – Seiko TV Watch

1982-ci ildə Yaponiyanın məşhur “Seiko” şirkəti dünyada ilk dəfə olaraq televizor funksiyalı qol saatını satışa çıxardı. Bu cihaz həmin dövrün texnologiya bazarında böyük maraqla qarşılandı və gələcəyin "ağıllı saatlarının" öncülü hesab olunur.

“Tehsil365” xəbər verir ki, Seiko TV Watch həm adi saat funksiyalarını, həm də portativ televiziya izləmə imkanı təqdim edirdi. Saatın özündə kiçik LCD ekran yerləşdirilmişdi, görüntünü izləmək üçün isə əlavə qulaqcıq və qəbuledici moduldan istifadə olunurdu. Bu qurğu vasitəsilə istifadəçilər hər yerdə TV proqramlarına baxa bilirdilər.

Yenilikçi cihaz 1980-ci illərin texnoloji inqilablarından biri sayılırdı. O dövrdə hətta “Ceyms Bond” filmlərində belə Seiko-nun bu icadı “gələcəyin saatı” kimi təqdim olunmuşdu.

Bugünkü “smartwatch” modellərinin təməlini qoyan Seiko TV Watch həm dizaynı, həm də funksionallığı ilə texnologiya tarixində mühüm bir səhifə açdı.

Fatimə Quliyeva

Новостная лента

На данный момент новостей в ленте нет...