Təhsil 365 - Logo Mobile

Dünyanın ən sürətli qatarı: Maglevlər 600 km/saat sürətə çatır

10215.09.2025 - 08:03
Dünyanın ən sürətli qatarı: Maglevlər 600 km/saat sürətə çatır

Dünyada ən sürətli qatar növü hesab edilən Maglevlər (maqnit yastıqlı qatarlar) hazırda 600 km/saat sürətlə hərəkət edə bilirlər. Bu göstərici hətta bir çox təyyarənin yerindən qalxma sürətini belə geridə qoyur.

“Tehsil365” xəbər verir ki, Maqnit levitasiyası texnologiyası ilə işləyən bu qatarlar relslə birbaşa təmas etmir, maqnit qüvvəsi hesabına hərəkət etdikləri üçün sürtünmə minimuma enir. Nəticədə həm sürət, həm də səyahət rahatlığı ən yüksək səviyyəyə çatdırılır.

Hazırda Maglev texnologiyası əsasən Yaponiya və Çində tətbiq olunur. Yaponiyanın “Chuo Shinkansen” layihəsi və Çinin Şanxay Maglev xətti bu texnologiyanın ən məşhur nümunələrindəndir.

Mütəxəssislərin sözlərinə görə, gələcəkdə bu qatarların kütləvi istifadəsi həm uzun məsafəli səyahətlərin vaxtını xeyli qısaldacaq, həm də təyyarələrlə rəqabət aparacaq.

Beləliklə, dəmir yolunda yeni era başlayır – Maglevlər sürəti ilə səyahət anlayışını dəyişməyə hazırdır.

Fatimə Quliyeva

Новостная лента

На данный момент новостей в ленте нет...