Elim Zirvəsi 2025 İstanbulda “təhlükəsizlik” teması ilə keçirildi. Tədbir üçlü seriyanın ikinci hissəsi olub; əvvəlki tədbirdə “süni intellekt”, növbəti tədbirdə isə “bulud təhlükəsizliyi” müzakirə olunacaq.
“Tehsil365” xəbər verir ki, bu barədə xarici media məlumat verib.
Tədbirdə əşyaların interneti, məlumatların qorunması, kiber təhdid kəşfiyyatı, bulud təhlükəsizliyi, insan-maşın əməkdaşlığı, kritik infrastruktur və kiber təhlükəsizlik mövzuları müzakirə edildi.
Aksigorta, Allianz, Ajet, Yapı Kredi, Trendyol və ING kimi önəmli şirkətlərin CISO və rəhbərləri tədbirdə iştirak etdi. Eyni zamanda, 1500 IT rəhbərinin tövsiyələri ilə müəyyən edilmiş “Kiber Təhlükəsizlik Liderləri Mükafatları” sahiblərini tapdı.
Paneldə sektor liderləri rəqəmsal təhlükəsizlikdəki strategiyalarını paylaşdı, süni intellekt və kiber təhlükəsizlik sahəsində yeni yanaşmaları müzakirə etdi. Tədbir, bu sahədəki yenilikləri və strateji istiqamətləri ortaya qoyan önəmli bir platforma oldu.