Təhsil 365 - Logo Mobile

Prezident İlham Əliyev Qarabağ Universitetində açılışda iştirak edib

10315.09.2025 - 12:25
Prezident İlham Əliyev Qarabağ Universitetində açılışda iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Qarabağ Universitetinin klinikası binasının, eləcə də Tibb və sağlamlıq elmləri fakültəsinin tədris korpusunun açılış mərasimində iştirak edib.

Qarabağ Universitetindən “Tehsil365”ə məlumat verilib ki, yeni istifadəyə verilən binalar tələbələrin yüksək səviyyədə təhsil alması, praktik biliklərə yiyələnməsi və tibbi xidmətlərin keyfiyyətinin artırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Açılış mərasimində dövlət başçısına universitetin imkanları, müasir avadanlıqlarla təmin olunan klinika və fakültə binasında yaradılan şərait barədə məlumat verilib.

Türkan Kərimli

Новостная лента

На данный момент новостей в ленте нет...