Mingəçevir Dövlət Universitetində Bilik Günü münasibətilə təntənəli tədbir keçirilib.
Mingəçevir Dövlət Universitetindən “Tehsil365”ə məlumat verilib ki, 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunub və bu tədris ili xalqımız üçün xüsusi əhəmiyyət daşıyır. Həmçinin Vətən Müharibəsində qazanılan şanlı Zəfərin 5 illiyi tamam olur.
Tədbirdə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Milli Məclisin deputatı Aydın Mirzəzadə, Milli Qəhrəman Natiq Qasımovun qardaşı Nofəl Qasımov və İctimai Nəzarət Şurasının üzvü Ədalət Quliyeva çıxış edərək təbriklərini çatdırıblar.
Mərasimdə həmçinin şəhid ailələrinin nümayəndələrinin və tələbələrin çıxışları böyük rəğbətlə qarşılanıb.