Təhsil 365 - Logo Mobile

Uşaqlarda məktəbdən sonra baş ağrısının 5 səbəbi

27515.09.2025 - 12:21
Uşaqlarda məktəbdən sonra baş ağrısının 5 səbəbi

Mütəxəssislər uşaqlarda məktəbdən sonra baş ağrısının artdığını bildirirlər.

“Tehsil365” xəbər verir ki, bu barədə xarici media məlumat verib.

Bunun əsas səbəbləri arasında natamam və nizamsız qidalanma, kifayət qədər su içməmək, uzun müddət texnoloji cihazlardan istifadə, ağır məktəb çantası və səhv oturuş, həmçinin emosional yüklənmə göstərilir.

Qeyd olunur ki, səhər yeməyinin buraxılması və gün ərzində qəlyanaltı etməmək uşaqlarda qan şəkərinin düşməsinə və baş ağrısına səbəb ola bilər. Susuz qalmaq da bu simptomu gücləndirir. Dərsdən sonra planşet, telefon və kompüter qarşısında çox vaxt keçirmək göz və sinir gərginliyi yaradır. Ağır çanta və düzgün olmayan duruş boyun-bel ağrılarına, nəticədə baş ağrısına gətirib çıxarır. Bundan əlavə, dərs yükü və məktəbdəki sosial stress də uşaqlarda baş ağrısına səbəb ola bilər.

Nigar Rəhimova

Новостная лента

На данный момент новостей в ленте нет...