Təhsil 365 - Logo Mobile

"Fərqliliyin rəngi” festivalı təxirə salınıb

12515.09.2025 - 12:39
"Fərqliliyin rəngi” festivalı təxirə salınıb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Qusarda 17 sentyabr tarixində keçirilməsi planlaşdırılan “Fərqliliyin rəngi” festivalı hava şəraitinin kəskin dəyişməsi səbəbindən təxirə salınıb.

“Tehsil365” xəbər verir ki, bu barədə Dini qurumlarla iş üzrə dövlət komitəsi rəsmi səhifəsində paylaşım edib.Festival açıq havada təşkil olunmalı idi və tədbir çərçivəsində dini qurumların fəaliyyətini əks etdirən fotostendlərin nümayişi nəzərdə tutulurdu.

Həmçinin, iştirakçılara müxtəlif dini ənənə və dəyərlərə aid ədəbiyyat nümunələri və əl işləri təqdim edilməli idi.

Festival proqramına müxtəlif dini konfessiyaların musiqi və rəqs qruplarının çıxışları da daxil edilmişdi.

Komitə bildirib ki, festivalın yeni tarixi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Elnarə İslamova

Новостная лента

На данный момент новостей в ленте нет...