Təhsil 365 - Logo Mobile

Dağlıq Şirvan regionunda yeni tədris ilində 39 mindən çox şagird təhsil alacaq

10215.09.2025 - 13:52
Dağlıq Şirvan regionunda yeni tədris ilində 39 mindən çox şagird təhsil alacaq

2025–2026-cı tədris ilində Dağlıq Şirvan regional təhsil idarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrində ümumilikdə 39 min 148 nəfər şagird təhsil alacaq.

Dağlıq Şirvan regional təhsil idarəsindən “Tehsil365”ə məlumat verilib ki, onların sırasında məktəbəhazırlıq qruplarında 2 min 288, I sinifdə 2 min 999, IX sinifdə 3 min 993, XI sinifdə isə 2 min 703 şagird olacaq.

Yeni tədris ili münasibətilə bütün şagirdlərə uğurlar, müəllimlərə isə bu məsuliyyətli fəaliyyətlərində böyük nailiyyətlər arzulanıb.

Türkan Kərimli

Новостная лента

На данный момент новостей в ленте нет...