Təhsil 365 - Logo Mobile

Ramin Məmmədov Şabranda vətəndaşları qəbul edib

10415.09.2025 - 13:37
Ramin Məmmədov Şabranda vətəndaşları qəbul edib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov sentyabrın 15-də Şabran rayonunda vətəndaşların qəbulunu keçirib.

“Tehsil365” xəbər verir ki, bu barədə dini qurumlarla iş üzrə dövlət komitəsi rəsmi səhifəsində paylaşım edib.Qəbuldan əvvəl Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsi ziyarət olunub və xatirəsi ehtiramla yad edilib.

Görüşdə rayon sakinlərinin dini sahə ilə bağlı müraciətləri dinlənilib və qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tapşırıqlar verilib.

Komitədən bildirilib ki, vətəndaş qəbulları bölgələrdə mütəmadi şəkildə davam etdiriləcək.

Elnarə İslamova

Новостная лента

На данный момент новостей в ленте нет...