1967-ci ildə Naxçıvanda cəmi 3 müəllim, 3 ixtisas və 102 tələbə ilə iki mərtəbəli binada fəaliyyətə başlayan Naxçıvan Dövlət Universiteti bu gün 108 hektarlıq ərazidə yerləşən müasir kampusu ilə ölkənin aparıcı ali təhsil müəssisələrindən biridir.
Naxçıvan Dövlət Universitetindən “Tehsil365”ə məlumat verilib ki, universitet hazırda 10 fakültə, 524 nəfərlik akademik heyət və zəngin tədris imkanları ilə fəaliyyət göstərir. İllər ərzində 40 mindən artıq məzun bu təhsil ocağından məzun olaraq müxtəlif sahələrdə fəaliyyət göstərib.
Yeni 2025–2026-cı tədris ili münasibətilə universitet rəhbərliyi bütün tələbə və müəllim heyətini təbrik edib, uğurlar arzulayıb.