Təhsil 365 - Logo Mobile

Astara və Lerikdə yeni məktəb binaları istifadəyə verilib

10715.09.2025 - 16:15
Astara və Lerikdə yeni məktəb binaları istifadəyə verilib

Astara rayonunun Sərək və Lerik rayonunun Cəngəmiran kəndlərində yeni inşa edilmiş məktəb binalarının açılış mərasimləri keçirilib.

Lənkəran-Astara regional təhsil idarəsindən “Tehsil365”ə məlumat verilib ki, tədbirlərdə Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev, Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Elvin Rüstəmov, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev, müvafiq rayonların təhsil sektorlarının rəhbərləri, məktəblərin pedaqoji kollektivi, şagirdlər və valideynlər iştirak ediblər.

Açılış mərasimləri Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canını fəda etmiş qəhrəman şəhidlərimizin və ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edənlər pedaqoji kollektiv və şagirdləri yeni dərs ilinin başlanması münasibətilə təbrik edib, onlara uğurlar arzulayıblar. Bildirilib ki, müasir tələblərə uyğun inşa edilmiş məktəb binalarında tədrisin yüksək səviyyədə təşkili üçün zəruri şərait yaradılıb.

Sonra RİH başçıları və qonaqlar məktəbdə yaradılan şəraitlə tanış olub, sinif otaqları, fənn kabinetləri, idman və akt zalları ilə tanışlıq keçiriblər. Tədbirin sonunda müəllimlər və valideynlər ölkə başçısı İlham Əliyevə təhsilin inkişafına göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.

Türkan Kərimli

Новостная лента

На данный момент новостей в ленте нет...