Təhsil 365 - Logo Mobile

İraqda “Ahvar” üzən evləri – su üzərində həyat tərzi

10216.09.2025 - 09:00
İraqda “Ahvar” üzən evləri – su üzərində həyat tərzi

İraqda su üzərində yerləşən və yerli dildə “Ahvar” adlanan üzən evlər hələ də insanların qədim həyat tərzini yaşadır. Bu qeyri-adi yaşayış məskənlərində sakinlər gündəlik ehtiyaclarını təmin etmək üçün qayıqlardan istifadə edir, qonşularına belə su yolu ilə gedib-gəlirlər.

“Tehsil365”in araşdırmasına görə, əhalinin əsas məşğuliyyəti balıqçılıqdır. Su hövzələri ilə əhatələnmiş bu məkanlarda təbiətlə iç-içə həyat tərzi insanlara həm çətinliklər, həm də özünəməxsus gözəlliklər bəxş edir.

“Ahvar” evləri təkcə yaşayış məskəni deyil, həm də bölgənin zəngin mədəni irsinin bir parçası kimi diqqət çəkir. Bu səbəbdən də həmin ərazilər həm alimlərin, həm də turistlərin marağına səbəb olur.

Fatimə Quliyeva

Новостная лента

На данный момент новостей в ленте нет...