Təhsil 365 - Logo Mobile

Kafein istehlakı və gənclərin konsentrasiyası

10016.09.2025 - 06:00
Kafein istehlakı və gənclərin konsentrasiyası

Gənclər arasında kofein istehlakı xüsusilə imtahan və dərs dövrlərində artır. Qəhvə, enerji içkiləri və müxtəlif içkilərdəki kafein diqqət və konsentrasiyanın müvəqqəti yaxşılaşmasına səbəb ola bilər. Lakin mütəxəssislər bildirirlər ki, həddindən artıq kafein həm yuxu rejimini poza, həm də uzun müddətli konsentrasiyaya mənfi təsir göstərə bilər.

“Tehsil365” xəbər verir ki, aparılan araşdırmalar göstərir ki, gənclərin gündəlik 200-300 mq kofein istehlakı müəyyən qədər diqqət artımı ilə müşahidə olunsa da, 400 mq-dan yuxarı istehlak hallarında əsəbilik, yuxusuzluq və diqqət dağınıqlığı yarana bilər. Bu, onların dərs və imtahan nəticələrinə təsir edə biləcək əsas amillərdən biridir.

Ekspertlər gənclərə tövsiyə edir ki, kofeini ölçülü və balanslı şəkildə qəbul etsinlər. Həmçinin, su içmək, qısa fasilələrlə istirahət etmək və sağlam qidalanmaq diqqəti və yaddaşı artırmaq üçün daha səmərəli yollar hesab olunur. Araşdırmalar göstərir ki, yalnız kofeinə güvənmək uzun müddətli öyrənmə və konsentrasiyanı təmin etmir.

Zülfiyyə Məmmədova

Новостная лента

На данный момент новостей в ленте нет...