Universitet tələbələrinin gündəlik həyatında sosial fəaliyyətlər və dostlarla əlaqələr psixoloji sağlamlığın əsas elementlərindən sayılır. Ekspertlər bildirirlər ki, aktiv sosial həyat tələbələrin stress səviyyəsini aşağı salır və emosional dayanıqlılıq hissini gücləndirir.
“Tehsil365” xəbər verir ki, aparılan sorğular göstərir ki, tələbələr sosial fəaliyyətlərdə daha çox iştirak etdikcə depressiya və narahatlıq simptomlarını daha az yaşayırlar. Sosial dəstək sistemi güclü olan tələbələr həm dərslərində daha aktiv olur, həm də özlərinəinam səviyyələri yüksəlir.
Psixoloqlar və pedaqoqlar valideynləri və müəllimləri tövsiyə edirlər ki, gənclərin yalnız akademik fəaliyyətlə məşğul olmalarına deyil, həm də dostluq və kollektiv işlərə vaxt ayırmalarına diqqət yetirsinlər. Bu yanaşma onların həm təhsil həyatını, həm də gündəlik rifahını müsbət istiqamətdə dəyişə bilər.