Təhsil 365 - Logo Mobile

Lənkəran-Astara məktəblərində yeni dərs ili sevinclə başlayıb

11616.09.2025 - 06:10
Lənkəran-Astara məktəblərində yeni dərs ili sevinclə başlayıb

Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində yeni tədris ilinin ilk günü sevinclə qarşılanıb.

“Tehsil365” xəbər verir ki, II–XI siniflərdə təhsil alan 110 564 şagird üçün ilk dərs "Konstitusiya və Suverenlik İli" mövzusuna həsr olunub və bu, vətənpərvərlik ruhunun güclənməsinə, milli kimliyin daha dərindən dərk edilməsinə xidmət edib.

Bu tədris ilində idarənin əhatə etdiyi məktəblərdə ümumilikdə 119 474 şagird təhsil alacaq. Onlardan 8910 nəfəri birinci sinif şagirdi kimi ilk dəfə məktəb həyatına qədəm qoyub.

Fatimə Quliyeva

Новостная лента

На данный момент новостей в ленте нет...