Təhsil 365 - Logo Mobile

Əl yazısı insanın xarakterini açır

10316.09.2025 - 09:52
Əl yazısı insanın xarakterini açır

Əl yazısının forması və istiqaməti insanın xarakteri haqqında mühüm məlumatlar verə bilər. Təxminən 2 min il əvvəl çinlilər tərəfindən yaradılan qrafologiya elmi bu gün də işə qəbul proseslərində və şəxsi xüsusiyyətlərin təhlilində istifadə olunur.

“Tehsil365”in araşdırmasına əsasən, sağa meylli yazan insanlar sosial bacarıqları ilə seçilir, hadisələrə nəzarət etməyə çalışır və ticarət qabiliyyətləri yüksək olur. Əgər yazı daha çox sağa əyilirsə, bu cür şəxslər duyğularının təsiri altında qərar verirlər.

Sola meylli yazanlar isə xırdaçı, diqqətli və analitik düşüncə tərzinə malik olurlar. Onlar başqalarının əmrinə tabe olmağı xoşlamır.

Əl yazısı kiçik olan şəxslər zehni işlərə maraq göstərir, lakin öz fikrinə qarşı çıxanlara qarşı sərt mövqe sərgiləyə bilirlər.

Böyük hərflərlə yazan insanlar isə özgüvənli sayılır. Onların hərflərinin üst hissəsinin uzun olması isə xəyalpərəstliklərinin göstəricisidir.

Beləliklə, qrafologiya vasitəsilə sadəcə bir yazıya baxaraq insanın daxili aləmi haqqında mühüm ipucları əldə etmək mümkündür.

Fatimə Quliyeva

Новостная лента

На данный момент новостей в ленте нет...