Təhsil 365 - Logo Mobile

Filippinli balıqçı təsadüfən dünyanın ən böyük mirvarisini tapıb

10316.09.2025 - 08:36
Filippinli balıqçı təsadüfən dünyanın ən böyük mirvarisini tapıb

Filippinli bir balıqçının həyatı illər əvvəl okeanda etdiyi adi bir dalışla dəyişib. O, təsadüfən 34 kiloqramlıq nəhəng mirvari taparaq evinə gətirib və uğur gətirəcəyinə inanaraq düz 10 il taxtın altında saxlayıb.

“Tehsil365” xəbər verir ki, illər sonra bu əvəzsiz xəzinənin əsl dəyərindən xəbər tutan balıqçı internet üzərindən hərraca çıxarıb. Dünyanın ən böyük təbii mirvarilərindən biri sayılan bu qiymətli tapıntı 100 milyon dollara satılıb.

Nadir tapıntılar həm zinət əşyaları, həm də kolleksiyaçılar üçün böyük maraq kəsb edir. Balıqçının isə sadə həyatından dünya mediasının diqqət mərkəzinə çevrilməsi “uğurun bəzən ən gözlənilməz anda gəldiyini” bir daha sübut edib.

Fatimə Quliyeva

Новостная лента

На данный момент новостей в ленте нет...