Təhsil 365 - Logo Mobile

Qarabağda məktəblər bərpa olunur – Prezident İlham Əliyevin səfəri zamanı diqqət təhsilə yönəlib

8216.09.2025 - 12:00
Qarabağda məktəblər bərpa olunur – Prezident İlham Əliyevin səfəri zamanı diqqət təhsilə yönəlib

Sentyabrın 14-də ARB24-ün “Nə deyirlər?” verilişində Prezident İlham Əliyevin Qarabağa son səfəri və bölgədə təhsilin inkişafı istiqamətində görülən işlər müzakirə edilib.

“Tehsil365” xəbər verir ki, bu barədə Ceyhun Məmmədov rəsmi səhifəsində paylaşım edib.Verilişdə çıxış edən deputat Ceyhun Məmmədov bildirib ki, azad edilmiş ərazilərdə quruculuğun əsas istiqamətlərindən biri müasir təhsil infrastrukturunun yaradılmasıdır. Onun sözlərinə görə, qısa müddətdə bölgədə yeni məktəblər inşa olunur, köhnə təhsil ocaqları isə bərpa edilir. Məmmədov vurğulayıb ki, bu layihələr Azərbaycanın öz iqtisadi gücü hesabına reallaşır və Prezident İlham Əliyev hər bir mərhələni şəxsən nəzarətdə saxlayır.

Qarabağda təhsilin dirçəlməsi həm yerli sakinlərin gələcək rifahı, həm də ölkənin ümumi inkişafı üçün mühüm addım kimi qiymətləndirilir. Deputat qeyd edib ki, təhsil sahəsində aparılan bu işlər Azərbaycan gənclərinə yüksək standartlara cavab verən mühitdə oxumaq imkanı yaradacaq.

Elnarə İslamova

Новостная лента

На данный момент новостей в ленте нет...