Təhsil 365 - Logo Mobile

Ramin Məmmədov Şabranda “Dəvəçikənd” məscidini ziyarət edib

8216.09.2025 - 12:40
Ramin Məmmədov Şabranda “Dəvəçikənd” məscidini ziyarət edib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov sentyabrın 15-də Şabran şəhərində yerləşən “Dəvəçikənd” məscidini ziyarət edib. Səfər zamanı o, məscidin ümumi vəziyyəti, ibadət şəraiti, dini ayinlərin icrası və məscid icmasının fəaliyyətindən məlumat alıb.

“Tehsil365” xəbər verir ki, bu barədə dini qurumlarla iş üzrə dövlət komitəsi rəsmi səhifəsində paylaşım edib.Komitə sədri vurğulayıb ki, Azərbaycan dövləti milli-mənəvi dəyərlərimizin qorunmasına daim xüsusi önəm verir. Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixi-mədəni irsimizin vacib tərkib hissəsi olan ibadət yerlərinin qorunması, təmiri və bərpası istiqamətində davamlı işlər həyata keçirilir. Bu təşəbbüslər məscidlərin fəaliyyətinin daha da gücləndirilməsinə, vətəndaşların rahat və təhlükəsiz ibadət şəraitinə xidmət edir.

Ramin Məmmədov qeyd edib ki, dövlət dəstəyi ilə regionlarda dini məkanların qorunması, dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği gələcəkdə də davam etdiriləcək.

Elnarə İslamova

Новостная лента

На данный момент новостей в ленте нет...