Təhsil 365 - Logo Mobile

ABŞ-də Çaqas xəstəliyi endemik elan oluna bilər

15216.09.2025 - 10:27
ABŞ-də Çaqas xəstəliyi endemik elan oluna bilər

ABŞ-da “öpmə böcəyi” kimi tanınan triatomin həşəratlarının daşıdığı Çaqas xəstəliyinin artıq ölkə daxilində yerli yoluxma (endemik yayılma) halı təsdiqlənib.

“Tehsil365” xəbər verir ki, bu barədə xarici media məlumat verib.

Araşdırmalara görə, xəstəliyin səbəbkarı olan Trypanosoma cruzi paraziti insanlara yalnız Latın Amerikası ölkələrindən gəlmir, həm də ABŞ-ın müxtəlif ştatlarında da yoluxma baş verir.

Mütəxəssislər bildirirlər ki, Çaqas xəstəliyinə yoluxma ilk mərhələdə əlamətsiz keçir, lakin illər sonra ürək çatışmazlığı, həzm sistemi problemləri və digər ağır fəsadlara səbəb ola bilər. ABŞ-da indiyədək ən azı 8 ştatda (Kaliforniya, Texas, Arizona, Tennessi, Luiziana və s.) yerli yoluxma faktı qeydə alınıb.

Hazırda xəstəlik üçün peyvənd mövcud deyil, lakin erkən diaqnoz zamanı antiparazitar müalicə nəticə verə bilər. Mütəxəssislər həkimlərin və ictimaiyyətin məlumatlılığının artırılmasının vacib olduğunu vurğulayırlar.

Nigar Rəhimova

Новостная лента

На данный момент новостей в ленте нет...