Təhsil 365 - Logo Mobile

Günəşlə şarj olunan parlayan bitkilər

21916.09.2025 - 11:35
Günəşlə şarj olunan parlayan bitkilər

Çinli alimlər sukulent Echeveria Mebina bitkilərinin yarpaqlarına stronsium alüminat nanopartikülləri enjekte edərək, çoxrəngli, parlayan və günəşlə şarj edilə bilən bitkilər yaratmağa nail olublar.

“Tehsil365” xəbər verir ki, bu barədə xarici media məlumat verib.

Bu bitkilər qırmızı, yaşıl və mavi rənglərdə parıldaya bilir və parıltısı təxminən iki saat davam edir. Tədqiqatçılar bu üsulun ənənəvi gen redaktəsi metodlarından fərqli olaraq, bitkilərin təbii strukturunu dəyişdirmədən işıq saçmasına imkan verdiyini bildirirlər.

Demonstrasiyada 56 bitkidən ibarət yaşıl divar nümayiş etdirilib və divarın verdiyi işıq qaranlıqda oxumaq üçün kifayət qədər olub. Hazırda parıltının gücü praktik işıqlandırma üçün kifayət etməsə də, alimlər gələcəkdə bu texnologiyanın dekorativ məqsədlərlə, ictimai məkanlarda və yaşıl dizaynda istifadə edilə biləcəyini düşünürlər.

Bu tədqiqat Matter jurnalında 27 avqust 2025-ci ildə dərc olunub və bitkilərlə parlaq materialların birləşdirilməsi vasitəsilə davamlı işıqlandırma həllərinin perspektivlərini göstərir. Tədqiqatçılar həmçinin, bu texnologiyanın ekologiyaya dost və enerjiyə qənaət edən alternativ işıq mənbələri üçün potensial yaradacağını vurğulayırlar.

Nigar Rəhimova

Новостная лента

На данный момент новостей в ленте нет...