Təhsil 365 - Logo Mobile

Şabranda məscidlərin fəaliyyəti ilə tanışlıq

8216.09.2025 - 14:00
Şabranda məscidlərin fəaliyyəti ilə tanışlıq

Dövlət Komitəsinin sədri Ramin Məmmədov Şabran şəhərindəki “Xıdır Zində” məscidini ziyarət edərək onun fəaliyyəti ilə yaxından tanış olub. Görüş zamanı komitə sədri məscidin fəaliyyət şəraiti, ibadət və dini ayinlərin icrası ilə maraqlanıb.

“Tehsil365” xəbər verir ki, bu barədə dini qurumlarla iş üzrə dövlət komitəsi rəsmi səhifəsində paylaşım edib.Ramin Məmmədov din xadimləri ilə söhbətində ölkəmizdə dini icmaların sağlam və təhlükəsiz mühitdə fəaliyyət göstərməsi üçün hərtərəfli şərait yaradıldığını vurğulayıb. O, qeyd edib ki, dövlət dini icmaların maarifləndirici, mədəni və sosial təşəbbüslərinə hərtərəfli dəstək göstərir.

Komitə sədri bildirib ki, bu siyasətin əsas məqsədi xalqımızın qədim dini-mənəvi irsini qorumaqdır. Eyni zamanda, gələcək nəsillərin milli kimliyimizə, ənənələrimizə və dəyərlərimizə sadiq ruhda böyüməsini təmin etmək üçün də belə tədbirlər əhəmiyyətlidir.

Məscidlərdə aparılan işlərin təşkili, ibadətlərin düzgün icrası və dini maarifləndirmə fəaliyyətləri, dövlətin bu sahədəki dəstəyinin bariz nümunəsi kimi diqqət çəkir.

Elnarə İslamova

Новостная лента

На данный момент новостей в ленте нет...