Təhsil 365 - Logo Mobile

Qan Donorluğu – İslamın Xeyirxahlıq Çağırışı və Elm-Təhsilin Ortaq Missiyası

6216.09.2025 - 14:51
Qan Donorluğu – İslamın Xeyirxahlıq Çağırışı və Elm-Təhsilin Ortaq Missiyası

Milli Məclisin deputatı Ceyhun Məmmədov Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının Qan Bankı bölməsi ilə Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi (AQDİM) arasında keçirilən görüş barədə paylaşım edib. Görüş ölkədə qan donorluğu sahəsində əməkdaşlığın gücləndirilməsi və donor mədəniyyətinin inkişafı məqsədi ilə təşkil olunub.

“Tehsil365” xəbər verir ki, bu barədə dini qurumlarla iş üzrə dövlət komitəsi rəsmi səhifəsində paylaşım edib.Ceyhun Məmmədov bildirib ki, qanvermək yalnız tibbi prosedur deyil, həm də dini və mənəvi dəyər daşıyan bir hərəkətdir. İslam dini ehtiyacı olanlara yardım etməyi, insan həyatını qorumağı böyük savab hesab edir. Eyni zamanda, qanvermə elmi-tibbi baxımdan da həyati əhəmiyyət daşıyır. Bu baxımdan, qan donorluğu həm dini-mənəvi, həm də elmi-təhsil aspektində cəmiyyət üçün vacibdir.

Görüş zamanı donorların cəlb edilməsi, genişmiqyaslı qanvermə aksiyalarının təşkili, irsi qan xəstəliklərindən əziyyət çəkən ailələrə dəstək və klinik-pedaqoji təlimlərin keçirilməsi məsələləri ətraflı müzakirə olunub. Həmçinin, donorların hüquqlarının qorunması və qanvermə prosedurlarının beynəlxalq standartlara uyğun icrası əsas prioritetlərdən biri kimi vurğulanıb.

Deputat qeyd edib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən layihələr ölkəmizdə donorluq mədəniyyətinin inkişafına böyük töhfə verir. Xüsusilə irsi qan xəstəliklərindən əziyyət çəkən şəxslərin sosial müdafiəsi və müasir tibbi xidmətlərə çıxış imkanlarının artırılması istiqamətində mühüm nailiyyətlər əldə olunub.

Ceyhun Məmmədov vurğulayıb ki, bu əməkdaşlıq gənclərin maarifləndirilməsi, sağlam həyat tərzinin təşviqi və cəmiyyətdə humanist dəyərlərin gücləndirilməsi baxımından da əhəmiyyətlidir. Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının Qan Bankı bölməsi ilə AQDİM-in birgə fəaliyyəti koordinasiyalı şəkildə həyata keçirilərək ölkəmizdə qan donorluğu sahəsinin inkişafına ciddi töhfə verəcək.

Elnarə İslamova

Новостная лента

На данный момент новостей в ленте нет...