Təhsil 365 - Logo Mobile

NDU “İnnoStart” hakatonunda qalib olub

10116.09.2025 - 14:30
NDU “İnnoStart” hakatonunda qalib olub

Naxçıvan Dövlət Universiteti İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) dəstəyi və “SUP VC” şirkətinin təşkilatçılığı ilə 22 fevral 2025-ci il tarixində keçirilən “İnnoStart” hakatonunda iştirak edib.

Naxçıvan Dövlət Universitetindən “Tehsil365”ə məlumat verilib ki, universitet komandası “KvantSafe kibertəhlükəsizlik sistemi” layihəsi ilə yarışda uğur qazanaraq qalib olub və 3 aylıq inkubasiya proqramına qəbul edilib.

Layihənin müəllifi Salehzadə Zərifin əsəri Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyində qeydiyyatdan keçirilib. Müstəsna hüquq sahibi kimi həm Naxçıvan Dövlət Universitetinə, həm də müəllifə rəsmi Şəhadətnamə təqdim olunub.

Türkan Kərimli

Новостная лента

На данный момент новостей в ленте нет...