Təhsil 365 - Logo Mobile

Son 15 gündə Elm və Təhsil Nazirliyinə 66 213 müraciət daxil olub

3416.09.2025 - 16:38
Son 15 gündə Elm və Təhsil Nazirliyinə 66 213 müraciət daxil olub

Sentyabrın 1-dən 15-dək Elm və Təhsil Nazirliyi, eləcə də qurumlarına 66 213 vətəndaş müraciəti daxil olub.

“Tehsil365” xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat paylaşıb.

Bildirilib ki, müraciətlərin 45 834-ü çağrı mərkəzləri, 9 597-si elektron, 1 445-i isə yazılı formada yönləndirilib. Həmçinin vətəndaş qəbulu zamanı 9 337 müraciət qeydə alınıb.

Müraciətlər müəllimlərin işə qəbulu, peşə təhsili müəssisələrinə qəbul, xarici diplomların tanınması, təhsil tələbə kreditinə elektron müraciət və digər məsələlərlə bağlı olub.

Xədicə Paşayeva

Новостная лента

На данный момент новостей в ленте нет...