Təhsil 365 - Logo Mobile

Şimal-qərb regionu üzrə 18 layihə qalib olub

10116.09.2025 - 16:45
Şimal-qərb regionu üzrə 18 layihə qalib olub

Elm və Təhsil Nazirliyinin təşkil etdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsində şimal-qərb regionundan fərdi kateqoriya üzrə 18 layihə qalib gəlib.

‎ "Tehsil365"in məlumatına görə, universitetdən AzEdu.az-a verilən məlumatda qeyd olunub ki, Şəki-Zaqatala Regional Təhsil İdarəsindən məlumat verilib.

İdarədən bildirilib ki, ‎qalib layihələrdən 6-sı Qəbələ rayonu, 4-ü Şəki şəhəri, 3-ü Qax rayonu, 2-si Zaqatala rayonu, 2-si Balakən rayonu, 1-i isə Oğuz rayonu üzrədir.

‎‎Qeyd edək ki, Qrant müsabiqələrinin keçirilməsində əsas məqsəd təhsil müəssisələri və pedaqoqlar arasında sağlam rəqabəti təşviq etmək, eyni zamanda innovativ fəaliyyəti dəstəkləməkdir.

Şəfa Məmmədova

Новостная лента

На данный момент новостей в ленте нет...