Təhsil 365 - Logo Mobile

Sertifikatlaşdırma prosesinin müsahibə mərhələsinə start verildi

2916.09.2025 - 16:50
Sertifikatlaşdırma prosesinin müsahibə mərhələsinə start verildi

Bu gündən etibarən dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinə başlanıldı.

“Tehsil365” xəbər verir ki, bu barədə Təhsil İnstitutunun İnsan Resursları Mərkəzi paylaşım edib.

Bildirilib ki, sertifikatlaşdırmanın müsahibə mərhələsində azı 20 bal toplamış təhsilverənlər həmin mərhələdən keçmiş hesab edilirlər.

Qeyd edilir ki, sertifikatlaşdırma prosesinin müsahibə mərhələsinin keçiriləcəyi tarix və məkan barədə məlumatlar müəllimlərin şəxsi kabinetlərinə hissə-hissə göndərilir.

Xədicə Paşayeva

Новостная лента

На данный момент новостей в ленте нет...