Təhsil 365 - Logo Mobile

Xəzər Universitetində yeni dərs ili başladı

9116.09.2025 - 18:05
Xəzər Universitetində yeni dərs ili başladı

2025-ci il sentyabrın 15-də Xəzər Universitetində yeni dərs ilinin açılışı oldu. Tədbirdə universitetin rəhbərliyi, fakültə dekanları, departament müdirləri və əməkdaşlar, universitetə yeni qəbul olunmuş tələbələr, valideynlər iştirak edirdilər.

“Tehsil365” xəbər verir ki, Tədbir Azərbaycanın Dövlət Himninin ifası ilə başlandı. Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Prof. Akad. Hamlet İsaxanlı, rektor Dr. Raziyə İsayeva, İqtisadiyyat və menecment fakültəsinin dekan əvəzi Dr. Xanım Öməroğlu, Hasvet baytarlıq təbabəti fakültəsinin Xəzər Universiteti üzrə rektor müşaviri Prof.Dr. Tamer Dodurkaya, Hasvet baytarlıq təbabəti fakültəsinin dekanı Çiçək Əliyeva, Humanitar, təhsil və sosial elmlər fakültəsinin dekanı Dr. Milana Abbasova və Təbiət rlmləri və mühəndislik fakültəsinin dekanı Dr. Fəxrəndə Əfəndiyeva çıxış edərək, birinci kurs tələbələrini təbrik etdilər, onlara uğurlu təhsil illəri arzuladılar. Çıxışlarda universitetin tədris bazası, beynəlxalq reytinqlərdə yeri, müəllim kollektivi haqqında məlumat verildi.

Xəzər Universitetinin 2009-cu il məzunu Hökümə Kərimova müəllimlərin fədakar əməyi sayəsində təhsil illərində qazandıqları bilik və təcrübədən danışdı, tələbələrə tövsiyələrini bildirdi.

Rektor Raziyə İsayeva universitetə qıbul olunmuş şəhid övladlarına hədiyyələr təqdim etdi.

Açılış tədbiri universitetin Musiqi və incəsənət departamenyinin hazırladığı konsert proqramı ilə müşayiət olundu

Sonda tələbələr auditoriyalara dəvət olundular və yeni dərs ilinə həsr edilən tədbir başa çatdı.

Şəfa Məmmədova

Новостная лента

На данный момент новостей в ленте нет...