İlahiyyat TV-də yayımlanan “İslam deyir ki…” verilişinin növbəti buraxılışı tamaşaçılara təqdim edilib. Bu dəfə proqramın qonağı ilahiyyatçı Ağa Hacıbəyli olub. Buraxılışda “Tövbə” mövzusu ətrafında geniş müzakirələr aparılıb.
“Tehsil365” xəbər verir ki, bu barədə “ilahiyyat institut”u bu barədə rəsmi səhifəsində paylaşım edib.Söhbət zamanı İslamda tövbənin mahiyyəti, insanın mənəvi təmizlənməsi və günahlardan uzaqlaşmasının yolları barədə ətraflı izahlar verilib. Ağa Hacıbəyli Qurani-Kərim və hədislərdən nümunələr gətirərək tövbənin müsəlman həyatındakı əhəmiyyətini vurğulayıb.
İlahiyyat TV-də yayımlanan bu verilişdə İslam dini ilə bağlı müxtəlif mövzular müzakirə edilir, ilahiyyatçılar tamaşaçıların maraqlandıran suallarına elmi və dini baxış bucağından cavab verirlər.