Təhsil 365 - Logo Mobile

İƏT Mədəniyyət Festivalının tarixi dəyişib

8217.09.2025 - 13:00
İƏT Mədəniyyət Festivalının tarixi dəyişib

“İƏT (İslam Əməkdaşlıq Təşkilatı) Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025” tədbirinin keçirilmə tarixi dəyişdirilib.

“Tehsil365” “islam.az”a istinadən xəbər verir ki, festival dekabrın 5-11-də keçiriləcək. Tarix dəyişikliyi tədbirin təşkilati və proqram baxımından daha səmərəli və genişmiqyaslı keçirilməsi məqsədilə aparılıb. Festival çərçivəsində bir sıra ölkələrdən iştirakçıların qatılacağı mədəni proqramlar, sərgilər, musiqili çıxışlar və panel müzakirələr planlaşdırılır.

Xatırladaq ki, “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025” Bakıda oktyabrın 6-12-də İslam Əməkdaşlıq Təşkilatının (İƏT) və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçiriləcəkdi.

Elnarə İslamova

Новостная лента

На данный момент новостей в ленте нет...