Təhsil 365 - Logo Mobile

Peşə təhsili üzrə qəbul nəticələri: Deputat Ceyhun Məmmədov çıxış yolunu göstərir

6517.09.2025 - 13:40
Peşə təhsili üzrə qəbul nəticələri: Deputat Ceyhun Məmmədov çıxış yolunu göstərir

2025/2026-cı tədris ili üzrə peşə təhsili pilləsinə tələbə qəbulunun hər iki mərhələsinin nəticələri açıqlanıb. Rəqəmlər diqqətçəkicidir: birinci və ikinci mərhələdə ümumilikdə 44 mindən çox namizəd müraciət edib. Bu il qəbul 78 peşə təhsili müəssisəsində 13 640 plan yeri üzrə aparılıb.

“Tehsil365” xəbər verir ki, bu barədə Ceyhun Məmmədov rəsmi səhifəsində paylaşım edib.İkinci mərhələdə isə platforma vasitəsilə 72 597 müraciət qeydə alınıb və ümumilikdə 8 341 nəfər müsabiqədən keçib. Bu göstəricilər peşə təhsilinə marağın artdığını nümayiş etdirsə də, yerlərin məhdudluğu və seçim imkanlarının azlığı məsələləri gündəmə gətirir.

Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının üzvü, 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsinin təmsilçisi Ceyhun Məmmədov məsələ ilə bağlı bildirib ki, peşə təhsilinə artan maraq sevindiricidir, lakin tələbatı qarşılamaq üçün yeni addımlar vacibdir:

“İş dünyasının ehtiyaclarına cavab verən, bölgələrdə gənclərin seçim imkanlarını genişləndirən yeni peşə məktəbləri açılmalı, mövcud müəssisələrin maddi-texniki bazası gücləndirilməlidir. Bu sahəyə özəl sektorun da cəlb olunması önəmlidir”.

Deputat həmçinin qeyd edib ki, gənclərin peşə təhsilinə marağı onların iş tapmaq və ölkə iqtisadiyyatının inkişafına töhfə vermək istəyindən irəli gəlir:

“Bu imkanların reallığa çevrilməsi üçün dövlət və özəl sektor əməkdaşlığı gücləndirilməli, bölgələrdə peşə təhsili daha əlçatan olmalıdır”.

Məmmədovun fikrincə, peşə təhsilinin inkişafı Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üçün də yeni iş yerlərinin açılmasına və yerli kadr potensialının formalaşmasına böyük töhfə verəcək.

Elnarə İslamova

Новостная лента

На данный момент новостей в ленте нет...